Rüşvət alan erməni zabit hərbi prokurorluğa çağırılıb

2018/05/3454_1527572156.jpg
Oxunub: 2003     13:51     29 May 2018    
İşğal altında olan Madagiz ərazisində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində daha bir rüşvət qalmaqalı baş verib.

Ordu.az xəbər verir ki, 4-cü taborun komandiri vəzifəsində xidmət edən Rudo adlı erməni hərbçi əsgər Vazgen Abrahamyanın məzuniyyətə getməsi üçün onun valideynindən rüşvət alıb. Bu səbəbdən Rudo hərbi prokurorluğa çağırılıb.

Məlumatda deyilir ki, indiyədək tabor komandiri tərəfindən bü cür hallar dəfələrlə təkrar olunsa da, dəlil-sübut olmadığından onun barəsində tədbir görmək mümkün olmayıb. Valideynlərin çoxu övladlarının komandirlər tərəfindən incidiləcəyindən, işgəncələrə məruz qalacağından qorxduğundan rüşvət faktı ilə bağlı məlumat verməkdən çəkinirlər.

Lakin bu dəfə tabor komandirinin əsgəri 10 sutka müddətinə məzuniyyətə göndərmək üçün 200 ABŞ dolları məbləğində pul tələb etməsi barədə prokurorluğa yazılı şikayət daxil olduğu bildirilir. Fakt təsdiqini taparsa Ermənistan ordusunun tabor komandiri uzun illər “xidmətini” həbsxanada davam etdirəcək.

Faktla bağlı araşdırılma aparılması məqsədilə adı çıkilən zabit hərbi prokurorluğa çağırılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-zabit   Hərbi-prokurorluq  


Bizi "telegram"da izləyin