Su-57 yerüstü hədəflərə zərbələr endirib

2018/05/2397-Su-57_1527505576.jpg
Oxunub: 2603     19:07     28 May 2018    
Rusiyada keçirilən “Aviadarts” konkursu çərçivəsində Su-57 qırıcıları yerüstü hədəflərə zərbələr endirib.

Ordu.az “izvestiya nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən olan mənbələr məlumat yayıb.

Məlumata görə, konkurs Ryazan vilayətində keçirilib. Manevrin həyata keçirilməsi çərçivəsində pilotlar şərti rəqibin yerüstü hədəflərinə zərbələr endiriblər.

Qeyd edək ki, Su-57-lər “Suxoy” şirkətində 2010-cu ildə yaradılıb. Qırıcının yaradılması üzərində işlər 2002-ci ildən başlayıb. Onun ilk sınaq uçuşu da həmin il baş tutub. Qırıcı 2013-cü ilədək artıq 450 uçuş keçirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Su-57  


Bizi "telegram"da izləyin