Peskov: “Putin və Makron görüşündə HBFP-yə dair konkret qərarlar qəbul olunmayıb”

2018/05/5_1527503051.jpg
Oxunub: 3530     18:22     28 May 2018    
“Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makronun görüşündə İranın nüvə proqramına dair Hətərəfli Birgə Fəaliyyət Planına bundan sonra riayət məsələləri barədə konkret qərarlar qəbul edilməyib”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

“Görüşdə İranın nüvə məsələsi ilə bağlı ümumi qərarlar qəbul edilməyib. Lakin anlayış var. Zəruri olan birlikdə işləməyi davam etdirmək, bundan sonra da bütün tərəflərin Hərtərəfli Birgə Fəaliyyət Planına riayət etməsinə nail olmaq üçün iranlı həmkarlarla əlaqələri davam etdirməkdir”, - deyə Peskov bildirib.

O qeyd edib ki, Rusiyanın İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planına dair mövqeyi dəyişməz olaraq qalır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Putin-Makron  


Bizi "telegram"da izləyin