Ordu.az “Krasnaya zvezda” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Hava Desant Qoşunlarının komandan müavini Nikolay İqnatov bəyan edib.
“56-cı desant-hücum briqadasının tərkibində desant-hücum batalyonu formalaşdırılacaq, bütün birləşmələrdə radioelektron mübarizə və PUA bölükləri yaradılacaq”, - deyə İqnatov bildirib.
O qeyd edib ki, artıq Hava Desant Qoşunlarında xidmət edənlərin 70 faizi müqavilə əsasında xidmət göstərirlər, həmçinin desantçıların silahlarının yarısından çoxu yeni silahlardır.
Ağalar Qəribov
Ordu.az