Volker: “ABŞ və Aİ arasında “Javelin”lərin təchizatı ilə bağlı fikir ayrılığı yoxdur”

2018/05/2081-Javelin_1527170490_1527493901.jpeg
Oxunub: 3534     15:48     28 May 2018    
“Birləşmiş Ştatlar və Avropa İttifaqı arasında Ukraynanın ölümcül silahlar, o cümlədən “Javelin”lərin təchizatı barədə fikir ayrılığı yoxdur”.

Ordu.az “Ukrinform” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bəyan edib.

“Mən Avropa üzrə xeyli konsultasiyalar keçirmirəm, xüsusilə də Fransa və Almaniya ilə “Normand prosesi”nin liderləri kimi, Britaniya da daxil olmaqla BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü, daimi olmayan üzvləri, Avropa İttifaqı, NATO ilə... Lakin Ukraynaya “Javelin”lərin təchizatına dair müxalif fikirlərə rast gəlmədim”, - deyə Volker bildirib.

O qeyd edib ki, Böyük Britaniya, Kanada, Polşa və Litva artıq Ukraynanın ölümcül silahlarla təchiz edib və onlarda da ABŞ-ın Kiyevi belə silahlarla təchiz etməsini dəstəkləyir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Javelin   Volker  


Bizi "telegram"da izləyin