Ordu.az “Krasnaya zvezda” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Hava Desant Qüvvələrinin komandan müavini, general-leytenant Nikolay İqnatov bəyan edib.
“Cari ilin sonuna qədər Hava Desant Qoşunlarının bölmələri desant və döyüş atışları üzrə Rusiya, Belarus və Misirdə keçiriləcək birgə taktiki təlimlərdə iştirak edəcək”, - deyə İqnatov bildirib.
O qeyd edib ki, Hava Desant Qüvvələrinin üzərinə Əlcəzair, Çin, Pakistan, Sudan və Venesueladan olan hərbçilərin iştirak edəcəyi “Desant bölüyü” beynəlxalq sahə təlimlərinin təşkilatına dair məsuliyyət də qoyulub.
Ağalar Qəribov
Ordu.az