ABŞ qabaqcıl qırıcılarının yükünü azaltmaq üçün hücum təyyarələri istəyir

2018/05/received_2546699198889566_1527356727.jpeg
Oxunub: 4364     01:42     27 May 2018    
ABŞ Hərbi Hava Qüvvələri yüksək texnologiyalı qırıcılar üzərindəki yükü yüngülləşdirmək məqsədilə hücum təyyarəsi istəyir.

Ordu.az “Washington Examiner”ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəsmilərindən olan general Lans Banç bildirib.

Onun sözlərinə görə, Əfqanıstandakı ABŞ komandirlərinin əsas problemləri aşağı texnologiyadır. Onlar “Taliban”ın narkotik tarlalarına çox kiçik bombalar atmaq istəyirlər və bunun üçün sadəcə yüksək texnologiyalı və bahalı həll yolları var: F-22 “Raptor”lar.

ABŞ HHQ-nin ən qabaqcıl qırıcı təyyarəsi olan F-22-nin dəyəri 140 milyon dollardır. Onun bir saatlıq istifadəsi isə 70 min dollara başa gəlir. Buna görə də onun sadəcə 100 kiloqramlıq bir bomba üçün istifadəsi o qədər də məqsədəuyğun deyil. Üstəlik bombalayacağı yer də heç bir havadan müdafiəsi olmayan sabit hədəflərdir.

Bu problemin həlli üçün ABŞ HHQ də Əfqanıstan HHQ kimi A-29 “Super Tucano”lardan istifadə etməyi nəzərdən keçirir. Başqa bir alternativ isə AT-6B “Wolverine” təyyarələridir. Senatın Silahlı Xidmətlər komitəsi bu həftə ABŞ HHQ-nin bu probleminin həlli üçün 350 milyon dollarlıq vəsaitin ayrılmasını təsdiqləyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   F-22   Taliban  


Bizi "telegram"da izləyin