Ordu.az xəbər verir ki, bu barədə “The New York Times”ın yeni yazısında qeyd olunub.
Məlumata görə, döyüş təqribən 4 saat ərzində davam edib. Qarşıdurmada Suriya hökumət meyilli qüvvələrdən 200-300 döyüşçü məhv edildiyi halda ABŞ komandoslarının hamısı xəsarət almadan döyüşü başa vurub.
Rusiya hökuməti bildirib ki, döyüşdə sadəcə 4 vətəndaşı həlak olub. Lakin digər məlumatlarda bu rəqəmin onlarla olduğu bildirilir.
Suriyanın şərqində Konoko qaz stansiyasının yaxınlığında ABŞ komandosları ilə birbaşa qarşıdurmaya girən qüvvələrin əksəriyyəti “Vaqner” özəl hərbi kompaniyasının üzvləri olub.
Qarşıdurmadan öncə radioötürücü vasitəsilə əldə edilən səslərdə hökumətmeyilli qüvvələrin bəzilərinin rus dilində danışdığı məlum olub. Pentaqon dərhal Rusiya ilə əlaqə saxlasa da, Rusiya həmin əsgərlərlə əlaqəsinin olmadığını bildirib.
Apreldə Senatın dinləmələrində çıxış edən Mettis qeyd edib ki, Suriyadakı Rusiya yüksək komandanlığı bizi əmin etdi ki, onların Rusiya ilə əlaqəsi yoxdur.
Mettis davam edir: “Yalnız bundan sonra Baş Qərargah rəisi general Cozef Danforda dedim ki, həmin qüvvələr məhv edilsin və edildilər”.
Döyüş zamanı dərhal ABŞ əsgərlərinin köməyinə “Reaper” dronları, F-22 qırıcıları, F-15E hücum qırıcıları, B-52 bombardmançıları, AC-130 döyüş helikopterləri və AH-64 “Apache” helikopterləri gəldilər.
İlk öncə bölgə “Delta” qüvvələrinin 30 hərbi qulluqçusu və Xüsusi Əməliyyatlar Komandanlığının mühafizəçiləri tərəfindən müdafiə edilirdi. Lakin tezliklə bölgəyə Dəniz piyadalarında iki komanda və “Yaşıl Beretlilər” cəlb olunub.
Dəhşətli döyüş zamanı “Vaqner” döyüşçüləri tam məğlubiyyətə uğrayarkən, ABŞ-dan heç bir əsgər xəsarət almayıb, lakin müttəfiq qüvvələrdən olan bir nəfər suriyalı yaralanıb.
Ağalar Ağalarlı
Ordu.az