Daha bir erməni hərbi qulluqçu qəza törədib: Yaralılar var (FOTOLAR)

2018/05/33614554_1801635539896144_7762378377851305984_n_22909714830.jpg
Oxunub: 1807     13:56     26 May 2018    
Ermənistanın Kotayk vilayətində yol nəqliyyat hadisəsi baş verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən saat 14:30 radələrində Kotayk vilayətinin Nor Qeği-Aştarak yolunun Yeğvard inzibati ərazisində "Mercedes" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq, dəmir beton maneəyə dəyib dərəyə yuvarlanaraq qaz borusuna çırpılıb.

Məlumata görə, maşında olan 22 yaşlı Narek Qalayan bədən xəsarətləri ilə Yeğvard şəhər “Nairi” tibb mərkəzinə aparılıb və ilk tibbi yardımdan sonra “Armenia” tibb mərkəzinə təxliyyə edilib.

Yaralılara ilk olaraq yoldan keçən Ermənistan müdafiə nazirliyinin hərbi qulluqçuları yardım edib.

Qəza törədilən avtomobildə Ermənistan müdafiə nazirliyinin əməkdaşına aid hərbi vəsiqə və digər sənədlər olduğuna görə hadisənin araşdırılmasına hərbi polis cəlb edilib.











Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-hərbçi   Qəza  


Bizi "telegram"da izləyin