Ordu.az-ın məlumatına görə, general-mayor Artak Matevosi Davtyan 1970-ci ildə Hoktemberyan rayonunun Bambakaşat kəndində anadan olub.
24 may 2018-ci ildən etibarən Ermənistan SQ baş qərargah rəisidir.
Təhsil
Kənd orta məktəbini bitirdikdən sonra Moskvada ali hərbi məktəbi bitirib. Məlumata görə, 1995-ci ildə Moskvada Frunze Hərbi Akademiyasına qəbul olan Davtyan, 1998-ci ildə həmin akademiyanı bitirib.
Daha sonra Rusiya SQ Baş Qərargahının hərbi akademiyasında hazırlıq kursu keçib.
Hərbi qulluq
1990-ci illərdə Goranboy, Zəngəzur və Horadiz istiqamətlərində aparılan təxribat xarakterli əməliyyatlarda iştirak edib. Davtyan, Goranboy istiqamətindəki yaşayış məntəqələrimizə basqın edən Şahen Meğryanın dəstəsində döyüşüb. Daha sonra Lusakert briqadasının tərkibində Meğri və Qafan istiqamətində yerləşən kəndlərdən mövqelərimizə hücumların təşkil edilməsində, bəzi kəndlərin işğalında və ordumuzun Tritsatka, Yımızlı, Yuxarı kənd istiqamətlərindəki mövqelərinə hücumlarda iştirak edib.
1998-ci ildən ordu korpusunun qərargah rəisi, Noyemberyan alayının komandiri, 5-ci ordu korpusunun qərargah rəisi olub.
20 iyul 2007-ci ildən- 31 yanvar 2009-cu ilədək Ermənistan BQ əməliyyat idarəsinin rəisi - BQ rəis müavini olub.
31 yanvar 2009-cu ildə Ermənistan BQ əməliyyat idarəsinin rəisi - BQ rəis müavini vəzifəsindən azad edilərək, Ermənistan BQ əməliyyat idarəsinin rəisi vəzifəsinə təyin edilib.
28 sentyabr 2017-ci ildə Ermənistanın 5-ci ordu korpusunun komandiri təyin edilib.
24 may 2018-ci ildən etibarən isə Ermənistanın Baş Qərargah rəisidir.
Alpər Mövludoğlu
Ordu.az