Ordu.az xəbər verir ki, Ermənistanın Tavuş vilayətinin Aygevit yaşayış məntəqəsinin sakini Hamlet Matinyan öz "Facebook" səhifəsində ordudakı vəziyyətdən danışarkən, yazıb ki, əsgərlər çatışmadığından kənd əhalisini zorla Hadrutda yerləşən bölmələrin postlarında növbə çəkməyə göndərirlər.
Sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayan bu məsələyə Ermənistan Müdafiə naziliyi rəsmi reaksiya verməyib.
Məsələni sosial şəbəkədə müzakirə etməmək barədə söhbətlər aparmaq məqsədilə “emisarların” adı çəkilən yaşayış məntəqələrinə gəldiyi də məlum olub.
Alpər Mövludoğlu
Ordu.az