Ordu.az xəbər verir ki, Ermənistan ordusunun işğal etdiyi Ağdərə ərazisində yerləşdirilən bolmələrdən birində valideynlərin böyük narazılığına səbəb olan insident baş verib.
İrəvan şəhər sakini Stella Bağdasaryan öz "Facebook" səhifəsində iki məsələ ilə bağlı Ağdərə polis idarəsinə müraciət etdiyini yazıb.
S.Bağdasaryan ön xətdə xidmət edən oğlunun xidmətini təhlükəsiz yerə dəyişmək üçün 500 ABŞ dolları ödədiyini əsgər valideynləri ilə bölüşüb. Qadının rüşvət verməsinə səbəb, oğlunu incitməmək əvəzində erməni zabitin ona intim əlaqədə olmaq təklif etməsini göstərib.
Övladının sağ-salamat evə dönməsi üçün belə qeyri-qanuni hallara birtəhər dözəcəyini etiraf edən Stella, daha sonra böyük nifrət hissi ilə qeyd edir ki, bir zabit ondan rüşvət alır, digəri isə ona əxlaqsız təklif edir. Əsgər anası zabit barədə polis şöbəsinə şikayət etdiyini qeyd edib. Hələlik hərbçi barədə tədbir görülmədiyindən məyus olduğunu deyən S.Bağdasaryan bu işi belə qoymayacağını, hətta müdafiə nazirliyinə və İrəvan şəhər prokuroruna da ərizə ilə müraciət edəcəyini yazıb.
Əsgər anasının paylaşdığı bu xəbər sosial şəbəkə istifadəçiləri tərəfindən böyük narazılıqla qarşılanıb və hamı S.Bağdasaryana dəstək verməyə hazır olduğunu yazıb.
Ermənistan Müdafiə naziliyi məsələyə reaksiya verməyib.
Alpər Mövludoğlu
Ordu.az