ƏİK kəşfiyyat bölüyünün özünü qiymətləndirmə üzrə təlimində yüksək səviyyəli qonaqlar günü keçirilib

2018/05/b6c4bff8cf2fda60d3577dd9889bbc2e_1527180538.jpg
Oxunub: 3025     22:40     24 May 2018    
Mayın 24-də Qaraheybət Təlim Mərkəzində davam edən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünü qiymətləndirmə təlimində yüksək səviyyəli qonaqlar günü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, general heyəti ilə birgə Şimali Atlantika Alyansının Quru Qoşunları Komandanlığının qərargah rəisi diviziya generalı Erhan Uzun və ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri təlimi izləyiblər.

Təlim mayın 25-də sona çatacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müdafiə-Nazirliyi   Azərbaycan   NATO  


Bizi "telegram"da izləyin