Movses Hakopyanın yerinə kim təyin ediləcək? - ŞƏRH

2018/05/345_1527165144.jpg
Oxunub: 3726     20:37     24 May 2018    
Məlum olduğu kimi, Ermənistan hökümətinin bu gün keçirilən iclasında gündəlikdə duran məsələlərin müzakirəsinə başlamazdan öncə, baş nazir Nikol Paşinyan silahlı qüvvələrin baş qərargah rəisi Movses Hakopyanın tutduğu vəzifədən azad edilməsi barədə müraciət etdiyini bildirib.

O, bunu baş qərargah rəisinin başqa vəzifəyə təyinatı ilə əlaqələndirib və yeni təyinat barədə günün sonunadək açıqlama veriləcəyini bildirib.

Movses Hakopyanın azad ediləcəyi baş verən siyasi proseslərdən sonra gözlənilən idi. Davit Tonoyanın islahatlar tərəfdarı olması baxımından Hakopyanın vəzifədə qalması mümkün deyildi. Serj Sarkisyan dönəminin keçid məmuru hesab olunan Hakopyanın vəzifəsindən azad edilməsi barədə məlumatlar tez-tez yayılırdı. Serj Sarkisyan hakimiyyətdə qalsaydı belə onun azad ediləcəyi gözlənilən idi.

Ermənistanda inqilabın qələbəsindən və yeni hökumətin qurulmasından sonra Movses Hakopyanın istefası daha da aktullaşmışdı. Onun adı keçmiş hakimiyyətin ortağı olan generallarla bərabər korrupsiya faktlarında hallanırdı. Bundan başqa parlament üsul-idarəsi dövründə baş qərargah rəisi silahlı qüvvələrin rəhbəri, bir nömrəli hərbçi hesab olunur. Hakopyan bu tələblərə cavab vermirdi, xüsusilə Paşinyanın etimadını qazanmamışdı.

Bundan başqa güman olunur ki, Movses Hakopyanın çıxarılması Ermənistanla qondarma rejim arasındakı münasibətlər fəlsəfəsini əsaslı şəkildə dəyişəcək. Bu münasibətlər son zamanlar cinayətkar oliqarxlararası münasibət səviyyəsində qurulmuşdu. Məhz bu mühitdə Movses Hakopyan bu vəzifəyə təyin edilmişdi.

Məlumatlara görə, Ermənistan silahlı qüvvələrinin yeni baş qərargah rəisi vəzifəsinə Hakopyanın birinci müavini Onik Qasparyan təyin ediləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   BQ-rəisi  


Bizi "telegram"da izləyin