Ordu.az “Defence News” portalına istinadən xəbər verir ki, bu barədə Amerikanın Avropadakı Silahlı Qüvvələrinin nümayəndəliyi məlumat yayıb.
Məlumata görə, ümumilikdə 3300-ə yaxn şəxsi heyət və 650 hərbi texnika vahidinin göndərilməsi həyata keçiriləcək. Buraya 87 ədəd M-1 “Abrams” və 18 ədəd M-109 “Paladin” özüyeriyən artilleriyası daxildir.
Bütün texnikalar Baltikyanı ökələr, Polşa, Rumıniya, Bolqarıstan və Macarıstana göndəriləcək.
Ağalar Qəribov
Ordu.az