Paşinyan cavabladı: ""Tor" komplekslərinin alınması hərbi sirrdir"

2018/05/received_2544963822396437_1527094170.jpeg
Oxunub: 2160     00:48     24 May 2018    
Erməni parlamentinin “Ermənistan respublikaçılar partiyası”dan olan deputat Mihran Hakopyan parlamentdə hökümət üzvləri ilə söhbət zamanı "Tor" zenit raket komplekslərinin nə vaxt Ermənistana gətiriləcəyi və kompleksin əldə edilməsinə dair razılaşmanın nə zaman əldə edildiyi ilə maraqlanıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu suala Ermənistanın baş nazir Nikol Paşinyan cavab verərək, məsələnin dövlət və hərbi sirr xarakteri daşıdığını qeyd edib.

O bildirib ki, Soçidə Rusiya prezidenti Vladimir Putinlə baş tutan görüşdə qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi zərurəti, bütün sahələrdə o cümlədən hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib

"Ümid edirik ki, əməkdaşlıq getdikcə daha da səmərəli olacaq. Bizim Rusiyalı tərəfdaşlarla çox yaxşı əməkdaşlıq mühitimiz var. Hesab edirəm gələcəkdə daha yaxşı olacaq. Ermənistan və Rusiya hakimiyyət orqanları arasında ilkin etimad mühiti mövcuddur, bu əlaqələr gələcəkdə daha da inkişaf edəcək", - deyə Paşinyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Nikol-Paşinyan   Tor  


Bizi "telegram"da izləyin