Davit Tonoyan Astanada Şoyqu ilə görüşüb

2018/05/234_1525165822_1526298561_1527083943.jpg
Oxunub: 3979     21:57     23 May 2018    
KTMT üzv dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası bu gün Astanada Qazaxıstan Müdafiə Naziri, general-polkovnik Saken Jasuzakovun sədrliyi ilə keçirilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, KTMT üzv dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclas iştirakçıları Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev tərəfindən qəbul edilib.

Ermənistan müdafiə naziri Davit Tonoyan KTMT çərçivəsində hərbi əməkdaşlığın gücləndirilməsi və təşkilatın hərbi tərkibinin daha da inkişafı ilə bağlı məsələlərin müzakirələrində iştirak edib. Məlumata görə, geniş və qapalı müzakirələr zamanı həmkarları ilə bir sıra qərarlar imzalanıb.

İclas çərçivəsində Tonoyan KTMT üzv ölkələrindən olan həmkarları ilə, o cümlədən Rusiya müdafiə naziri Sergey Şoyqu ilə ikitərəfli görüş keçirib. Tərəflər ikitərəfli və çoxtərəfli formatlarda mövcud razılaşmaların və proqramların davamlılığının bütün istiqamətlərində genişlənməsinin lehinə olduqlarını vurğulayıblar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-Rusiya   Tonoyan-Şoyqu  


Bizi "telegram"da izləyin