Ölən erməni əsgəri orduya çağrılarkən xəstə olub - FOTOLAR

2018/05/received_2454096568149830_1516210077_1527078862.jpeg
Oxunub: 2766     20:29     23 May 2018    
Dünən saat 13:35 radələrində Ermənistan müdafiə nazirliyinin hərbi hissələrindən birinin döyüş mövqeyində meyiti aşkar edilən müddətli xidmət hərbi qulluqçu, Gümrü şəhər sakini Martin Xaçatryan 6 ay orduda qulluq edib.

Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-lərinə ölən hərbi qulluqçunun qardaşı Aşot Xaçatryan məlumat verib.

İndiyədək ölən erməni hərbi qulluqçunun ailəsinə ölüm səbəbləri barədə heç bir məlumat verilməyib.

“Yalnız yayılan məlumatı bilirik, başqa heç bir şey”, - deyə ölən hərbi qulluqçunun qardaşı Aşot bildirib.


Şayiələrə görə, Xaçatryanın meyiti aşkar edilərkən, gödəkçə əynində deyil, yanında olub. Aşot qeyd edir ki, qardaşı səhhəti ilə əlaqədar olaraq orduya gec çağırılıb.

"Qardaşımın ürək döyüntüsü (aritmiyası) vardı, buna görə də hərbi xidmətə çağırışını 1 il təxirə salmışdılar. İlk dəfə yoxlayarkən dəqiqədə 180 döyüntü, ikinci dəfə yoxlayarkən isə dəqiqədə 140 döyüntü qeydə alınmışdı. Ona demişdilər ki, yaşla əlaqədardır, keçib gedər, eybi yoxdur", -deyə ölən əsgərin qardaşı qeyd edib.

Onun sözlərinə görə, qardaşı 7 yaşında pnevmoniya xəstəliyinə və bu yaşdan etibarən aritmiya xəstəliyinə tutulub.


Məlumata görə, Xaçatryanın hərbi xidmət dövründə özünü pis hiss etdiyi hallar olub, buna görə də bir neçə dəfə onu posta aparmayıblar. Ölən erməni əsgəri Martin Xaçatryanın atası Qriqor Xaçatryan müddətli xidmət hərbi qulluqçusu, anası isə müəllimədir.

Xatırladaq ki, dünən saat 13:35 radələrində Ermənistanın cənub-qərb istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda 1998-cu il təvəllüdlü erməni hərbi qulluqçu, sıravi Martin Qriqori Xaçatryanın meyiti aşkar edilib. 20 yaşlı erməni hərbi qulluqçu qarın boşluğundan dəlib keçən odlu silah yarasından ölüb. Ölüm səbəbinin hərtərəfli araşdırılması məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-əsgəri   Ölüm  


Bizi "telegram"da izləyin