Bu barədə bu gün “Sputnik-Azərbaycan”da Armiya.az-ın redaktoru Bəhram Batıyevin də iştirakı ilə baş tutan videokörpü çərçivəsində məşhur rusiyalı hərbi ekspert, Dünya Silah Ticarətinin Analiz Mərkəzinin direktoru, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.
Ekspertin sözlərinə görə, son illərdə ən müasir Rusiya silahlarının təchizatı məhz Azərbaycanın milli maraqları ilə diqtə edilib.
“Düzünü demək lazımdır ki, Azərbaycan sülhsevər dövlətdir, lakin məlum amillər - regiondakı qeyri-stabillik, Qarabağ münaqişəsi zonasında vəziyyətin periodik olaraq qəlizləşməsi səbəbilə o, öz müdafiə qabiliyyətini möhkəmləndirməyə məcburdur. Bu baxımdan Rusiya Azərbaycanın etibarlı və effektiv müttəfiqidir. Buna sübut qismində konkret rəqəmləri qeyd edəcəm. 2009-2016-cı illərdə Rusiya Azərbaycanı 4 milyard dollardan çox məbləğdə silahla təchiz edib. Rusiyanın Azərbaycana təchizatının nomenklaturası çox müxtəlifdir. Azərbaycan effektiv və uzaq mənzilli hava hücumundan müdafiə və raket hücumundan müdafiə sistemlərinə malik nadir ölkələrdəndir. Deyə bilərəm ki, İlham Əliyevin siyasəti sayəsində Azərbaycan Ordusu bu gün yüksək effektivli və qüclü qüvvəyə çevrilib”, - deyə Korotçenko açıqlayıb.
Hərbi ekspertin sözlərinə görə, Rusiyanın Azərbaycanı silahla təchiz etməsi üçüncü ölkələrə qarşı istiqamətlənməyib.
“Lakin biz azərbaycanlı həmkarlarımızın müasir və keyfiyyətli silah təchizatı barədə sözlərini diqqətdənkənar qoya bilmərik. Həm də Azərbaycan varlı, ödəmək qabiliyyətli dövlətdir və bu gün mövcud olan ən yaxşı silahları ala bilər”, - deyə Korotçenkoi vurğulayıb.
O həmçinin Rusiya tərəfindən “Qəbələ” RLS-in yenidən icarəyə götürülməsinin yenilənməsi imkanına toxunub.
“Məncə, bu mövzu tamamilə bağlıdır, bu barədə bütün qərarlar artıq qəbul edilib. Rusiya milli müdafiə sənayesi kompleksinin imkanları sayəsində öz ərazisində yüksək zavod hazırlıqlı bir çox RLS-lər yaradıb. Rusiyanın cənubunda iki RLS öz üzərinə əvvəl “Qəbələ” RLS-in götürdüyü istiqamətləri götürüb. Buna görə də sırf iqtisadi və hərbi məqsədəuyğunluq baxımından Rusiyanın Azərbaycana “Qəbələ” RLS-i bu və ya digər şərtlərlə reanimasiya etmək barədə xahiş etmək zərurəti yoxdur”, - deyə Korotçenki bildirib.
Ordu.az