Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə istintaq orqanından məlumat yayılıb.
Xatırladaq ki, dünən saat 13:35 radələrində Ermənistanın cənub-qərb istiqamətində yerləşən hərbi hissələrindən birinin döyüş postunda 1998-cu il təvəllüdlü erməni hərbi qulluqçu, sıravi Martin Qriqori Xaçatryanın meyiti aşkar edilib.
20 yaşlı erməni hərbi qulluqçu qarın boşluğundan dəlib keçən odlu silah yarasından ölüb. Ölüm səbəbinin hərtərəfli araşdırılması məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilib.
Alpər Mövludoğlu
Ordu.az