Şəhid hərbçimiz Adil Tatarov “Şücaətə görə” medalı ilə təltif edildi - FOTOLAR

2018/05/13_19851815906.jpg
Oxunub: 2287     16:07     23 May 2018    
Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin təxribatının qarşısını alarkən şəhid olan əsgər Adil Əli oğlu Tatarov “Şücaətə görə” medalı ilə təltif olunub.

Ordu.az xəbər verir ki, medal bu gün, şəhidin üç mərasimində, Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində, şəhidin ailəsinə təqdim olunub.

Medalı, şəhidin atası Əli Tatarova Müdafiə Nazirinin müavini general-leytenant Kərim Vəliyev şəxsən təqdim edib.

Xatırladaq ki, şəhid hərbçimiz anadan olduğu Ağstafa rayonunun Qıraq Kəsəmən kənd qəbiristanlığında dəfn olunub
















Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəhid   Adil-Tatarov   Şücaətə-görə-medalı  


Bizi "telegram"da izləyin