DİN gizin ölümü ilə nəticələnən qəza barədə məlumat yayıb

2018/05/daxil-1527059752_1527060226.jpg
Oxunub: 3069     15:22     23 May 2018    
Daxili İşlər Nazirliyi Beyləqanda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, mayın 22-də saat 11 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndində Astara rayon sakini Murad Muradov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub və idarəetməni itirdiyindən avtomobil aşıb.

Nəticədə M.Muradov və sərnişinlərindən - həmyerlisi Toğrul Babayev hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəzada ölən M. Muradov Azərbaycan Ordusunun giziridir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DİN   Gizir   Qəza  


Bizi "telegram"da izləyin