Ermənistan ordusunun daha bir əsgəri öldü

2018/05/234234_1525435411_1526844117_1527058511.jpeg
Oxunub: 3765     14:54     23 May 2018    
Dünən saat 13:30 radələrində Ermənistanın cənub-qərb istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda 1998-cu il təvəllüdlü erməni hərbi qulluqçu, sıravi Martin Qriqor Xaçatryanın meyiti aşkar edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Onun qarın nahiyəsindən yaralanaraq öldüyü bildirilir.

Rəsmi məlumatlara görə, Martin Xaçatryan 2017-ci ildə Gümrü hərbi komissarlığından hərbi xidmətə çağırılıb.

Faktla bağlı araşdırma aparılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-əsgər   Ölüm  


Bizi "telegram"da izləyin