Ordu.az erməni KİV-lərinə Ermənistan istintaq orqanı tərəfindən verilən məlumata görə 6 may 2018-ci ildə saat 07:30 radələrində Ermənistan ordusunun ön xətt mövqelərindən birində meyiti aşkar edilən müddətli xidmət hərbi qulluqçusu Levon Torosyanın ölüm işində yeni detallar məlum olub.
Ermənistan istintaq komitəsinin 6-cı qarnizon istintaq şöbəsində davam edən araşdırma zamanı məlum olub ki, xidməti vəzifə borclarını yerinə yetirərkən müddətli xidmət hərbi qulluqçusu, əsgər Torosyan ləyaqətinin alçaldılmasına və digər təhqiredici hərəkətlərə məruz qalıb.
Əldə edilən sübutlara əsasən post başçısı, müddətli xidmət hərbi qulluqçusu, kiçik çavuşa qarşı ittiham irəli sürülüb.
İlkin araşdırma tədbirləri davam edir.
Alpər Mövludoğlu
Ordu.az