Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən saat 20:30 radələrində Lori vilayətində hərbi qulluqçu avtomobil qəzası törədib.
Vanadzor sakini 31 yaşlı A. Aram idarə etdiyi "Opel" markalı avtomobillə Vanadzor- Spitak yolunda idarəetməni itirib və dərəyə yuvarlanıb.
Avtomobilin sərnişini 57 yaşlı "A.Q" bədən xəsarətləri ilə Vanadzor tibb mərkəzinə yerləşdirilib.
Məlumata görə, A.Aram Ermənistan ordusunda xidmət edir.
Alpər Mövludoğlu
Ordu.az