Vigen Sarkisyan Respublika partiyasında krelso davasına başladı

2018/05/3453_1526631528.jpg
Oxunub: 633     16:17     18 May 2018    
Ermənistanın sabiq müdafiə naziri Vigen Sarkisyan Karen Karapetyana qarşı fəaliyyətlərə başlayıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Serj Sarkisyan Ermənistanın baş naziri vəzifəsindən istefa verdikdən sonra, “Respublikaçılar” partiyasında daxili çevrilişlərə cəhdlər olub.

Məlumata görə, Sarkisyanın aprelin 23-də istefasını təqdim etdikdən sonra, iki gün sonra Karen Karapetyan partiyanı və baş nazirlik vəzifəsini ələ keçirməyə səy göstərib.

Ermənistan parlamentində Respublikaçılar fraksiyasının rəhbəri Vahram Bağdasaryan səviyyəsində partiya sədrliyindən Serj Sarkisyanın istefası barədə verilən açıqlamalar təsadüfi xarakter daşımırdı. Lakin partiyadaxili əks-inqilabın və partiyadaxili hakimiyyət dəyişikliyinin qarşısı alındı.

Ermənistanın sabiq müdafiə naziri Vigen Sarkisyan da partiya gənclərini çevrəsinə toplayaraq, partiyadaxili hakimiyyəti ələ keçirməyə səy göstərib. Ancaq Sarkisyan da niyyətinə nail ola bilməyib.

Dünən “Respublikaçılar” partiyasının iclasından sonra partiyanın mətbuat katibi Eduard Şarmazanovun gündəmdə partiya sədrinin dəyişdirilməsi məsləsinin olmadığı barədə açıqlama verməsi təsadüfi deyildi.

Sarkisyanın əvəzolunmaz olduğu barədə suala, Şarmazanov belə cavab verib: “Ermənistanın Respublikaçılar partiyasında Andranik Markaryan, Vazgen Sarkisyan və Serj Sarkisyan əvəzolunmaz olublar. Bu gün Serj Sarkisyan bizim rəhbərimizdir, bizim partiyanın lideridir”.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Vigen-Sarkisyan   Ermənistan  

Vigen Sarkisyan Respublika partiyasında krelso davasına başladı

2018/05/3453_1526631528.jpg
Oxunub: 634     16:17     18 May 2018    