Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, görüşdə KTMT baş katibi yeni müdafiə nazirini, bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib.
KTMT baş katibi, müdafiə naziri Davit Tonoyana cari ilin 23 may tarixində Astanada keçirilməsi nəzərdə tutulan KTMT-yə üzv ölkələrin müdafiə nazirləri şurasının növbəti iclasına hazırlıq barədə məlumat verib.
Qeyd edək ki, Xaçaturov növbəti görüşünü Ermənistanın baş naziri Nikol Paşinyanla keçirib.
Alpər Mövludoğlu
Ordu.az