Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Zohrab Mnatsakanyan qeyd edib ki, Ermənistan KTMT ilə əməkdaşlığa böyük önəm verir və bu istiqamətdə ardıcıl cəhdlərini davam etdirəcək. Öz növbəsində Yuri Xaçaturov qeyd edib ki, KTMT baş katibi qismində effektiv əməkdaşlığın yüksəldilməsi üçün addımlar atacaq.
Tərəflər KTMT Kollektiv Təhlükəsizlik Şurası iclasında əldə edilən Minsk müqavilələrinin həyata keçiriləməsi ilə əlaqədar məsələləri müzakirə ediblər. KTMT baş katibi Mnasakanyana KTMT tərkibindəki orqanların Astanadakı iclasa hazırlığını və cari işini təqdim edib.
Alpər Mövludoğlu
Ordu.az