EFES-2018: “Dəmir adam” yarışında qalib gələn Xüsusi Təyinatlılarımızla MÜSAHİBƏ (EKSKLÜZİV)

2018/05/1_1526543414.jpg
Oxunub: 19668     15:54     17 May 2018    
“Təlimlər zamanı ən yaddaqalan əsas an “Dəmir adam” (pentatlon) yarışı zamanı özünə güvənməyən və bu yarışda uduzacağını bilən dövlətlərin müşahidəçi qismində bizim oyunumuzu izləməsi oldu. Daha bir yaddaqalan an isə 23 dövlət içərisində Azərbaycanı fərqləndirməyimiz, tanıtdırmağımız, yarış iştirakçılarının üzləri və gözlərində bizə olan hörmət, əzəmətimizin nümayişi oldu”.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edən, “Efes-2018” təlimlərinin iştirakçıları A.S və N.H-nın Ordu.az-a eksklüziv müsahibəsini təqdim edirik:

- “Efes-2018” təlimləri zamanı iştirak edən ölkələrin sayı 8 idisə, bu təlimlər zamanı iştirakçı dövlətlərin sayı 24-ə yüksəlib. Bu artım təlimin əhəmiyyəti, əsasən də Türkiyənin regionda artan gücünün göstəricisidir. Ölkəmizin təlimlərdə iştirakına başlamazdan öncə “Efes” təlimlərinin tarixçəsi və məqsədləri barədə məlumat verərdiniz.

A.S.: “Efes” təlimləri Türkiyə Silahlı Qüvvələrində ən azından 1998-ci ildən bəri hər il keçirilən irimiqyaslı, ikitərəfli və döyüş atışlı təlimləridir. Çoxmillətli təlimlər isə 2016-cı ildə ilk dəfə keçirilib.

Təlimlərin əsas məqsədi hər il üçün müxtəlifdir. Bu məqsədlər arasında real təhdidlərə qarşı qoşun növlərinin vahid komandanlıq altında fəaliyyətini əlaqələndirmək, komandir və qərargahlara çevik qərarlar qəbul etməsini aşılamaq, qoşunları mürəkkəb şəraitdə idarəetmə və hərtərəfli döyüş təminatını həyata keçirmək, yeni silahları və mübarizə metodlarını döyüşdə sınaqdan keçirmək, mövcud sistemlərin səmərəliyini təsdiq etmək, iştirakçılar arasında qabaqcıl təcrübəni tətbiq və təbliğ etmək kimi yüksək hədəflər yer alırdı.

N.H.: Bu keçirilən təlimlərə gəldikdə qeyd edim ki, “Efes-2018” təlimlərinin aktiv mərhələsinə 24 dövlət qatılmışdı. 10-dan artıq dövlət isə təlimlərdə müşahidəçi qismində iştirak edirdi. Daha sonra müşahidəçi qismində qatılan dövlətlər aktiv mərhələdə iştirak etmək üçün Türkiyəyə sorğu göndərəcək.

“Efes-2018” təlimlərinin məqsədi qoşunların, xüsusilə də elit qüvvələrin, xüsusi təyinatlı bölmələrin birgə fəaliyyəti, onların bilik və bacarıqlarının, peşəkarlıqlarının təkmilləşdirilməsi, istifadələrində olan silah-sursatın, texniki təchizatın mənimsənilməsi, təlimlərdə birgə şəkildə tətbiqi, təlimlərin gedişində hər ölkənin taktiki üsullarının mənimsənilməsidir.

- Bu il keçirilən, “Efes-2018” təlimlərinin ssenarisi nədən ibarət idi?

N.H.: “Efes” təlimləri üçün xarakterik xüsusiyyətlərdən biri də ssenarinin mahiyyət etibarilə dəyişdirilməməsidir. Təlimlərdə əsas məqsəd axtarışa verilən bir nəfərin tapılması olur. Həmin şəxsin ələ keçirilməsi üçün ilkin olaraq xüsusi təyinatlı qüvvələr gizli şəkildə şərti düşmən arxasına çıxarılır, bu hava yolu ilə - paraşütlərlə həyata keçirilir. Bunun məqsədi “düşmən”in hava hücumundan müdafiə qoşunlarının sıradan çıxarılmasıdır. Daha sonra “dost” təyyarələr, helikopterlər vasitəsilə, birgə şəkildə helikopterlərlə şərti düşmənin hücum xəttinə ilkin zərbələrin endirilməsi, dəniz desantının sahilə çıxarılması, sahil mühafizə xəttinin ələ keçirilməsi nəzərdə tutulur. Növbəti tapşırıq isə strateji xarakter daşıyır. Bu tapşırıq çərçivəsində düşmənin əsas məntəqələrinin piyada qoşunlarının ələ keçirilməsi həyata keçirilir.

- Təlim ssenarisində olan bir əfsanə də böyük maraq doğurur. Ssenariyə uyğun olaraq “Arnland” bir adanı işğal edir. Bizə maraqlıdır, sizcə, “Arnland” hansı adanı işğal etmişdi?

A.S.: Mənim fikrimcə, hər hansı bir dövlətin ərazi bütövlüyü çərçivəsində tanınan ada həmin ölkəyə məxsusdur və həmin ada düşmən tərəfindən işğal olunub. Müttəfiq dövlətlər isə həmin adanın strateji əhəmiyyətini nəzərə almaqla onu düşməndən azad etmək üçün bir plan cızır. Həmin plana dair isə fəaliyyətin məhz ona uyğun həyata keçirilməsinə dair razılaşma əldə edilir.

N.H.: Burada diqqəti həmin adanın əhəmiyyətinə yönəltmək lazımdır. Həmin ada həm aid olduğu, həm də müttəfiq dövlətlər üçün böyük strateji əhəmiyyətə malikdir. Plana uyğun olaraq isə həmin adanın azad edilməsi üçün yollar müəyyənləşdirilir. Buraya desant üsulu ilə, dənizdən quruya daxil olmaqla, havadan paraşütlə enməklə, həmçinin bir sıra digər üsullarla həyata keçirilir. Ən effektiv üsullardan biri də snayperdir. Belə olan halda həm “düşmən” çaş-baş qalır, həm də itkilər minimallaşdırılır.

- Maraqlıdır ki, 2016-cı ildə ssenari planlarından biri terrorçuları zərərsizləşdirmək idi. Həmin ərəfədə İŞİD Yaxın Şərqdə öz mövqelərini möhkəmləndirmişdi. Yəni buna istinadən edərək demək olar ki, təlimlərin arxa fonunda məhz real və aktual situasiyalar dayanır. Konkret olaraq, sözügedən təlimlər özündə nəyi əks etdirirdi?

A.S.: Artıq döyüşün aparılması qaydaları çox dəyişib. Hazırda üstünlük daha çox aviasiya bölmələri, artilleriya bölmələri və xüsusi təyinatlılara verilir. Daha sonra isə yaşayış məntəqəsində döyüş və yaşayış məntəqəsində terrorçulardan təmizləmə yer alır.

Bildiyimiz kimi, Türkiyədə keçirilən “Efes” təlimlərinin məqsədi qonşu və müttəfiq dövlətlərin birgə fəaliyyətidir. Yəni əgər zərurət olarsa, gələcəkdə həmin dövlətlərin birgə fəaliyyət prosesinin daha asan realizəsi nəzərdə tutulur. İştirakçı ölkələrin oradan nə isə qazanması da əsas məqsədlərdən biridir.

Sualın cavabına gəlincə isə, 2016-cı ildə həmin ərəfədə Türkiyəyə qonşu ölkələr olan İraq və Suriyada bir sıra digər terror qruplaşmalarının neft yataqları və digər strateji obyektlər üzərində nəzarəti ələ keçirməsi, bunun isə Türkiyənin maraqlarına, region dövlətlərinin maraqlarına zidd olması, belə təlimlərin yaranması üçün stimul oldu. Hər bir təlim əslində yeni bir müharibə yeni bir zəfərə hazırlıqdır.

- Bu gün Azərbaycan və Türkiyə hərbi və müdafiə sənayesi sahəsində yüksək əməkdaşlıq imkanlarına malikdir. Keçirilən beynəlxalq təlimlərdə iştirakımız da bunu sübut edir. Perspektivli hərbi əməkdaşlıq fonunda “Efes” təlimlərində ölkəmizin iştirakı barədə nə demək olar?

A.S.: “Efes” təlimləri iki ildən bir keçirilir. Azərbaycan o təlimlərə 2016-cı ildə qatılıb və elə həmin il ölkəmiz “Efes” təlimərində çox yüksək şəkildə təmsil olunub. 2018-ci ildə isə təlimlərə yenidən qatıldıq və 100 nəfərdən artıq şəxsi heyət orada iştirak edirdi. Demək olar ki, bütün ölkələr eyni sayda şəxsi heyətlə iştirak edirdi. Bütün taktiki məsələlər üzrə Azərbaycandan gedən heyət təlimlərdə iştirak edib. Hərbçilərimiz istər dəniz desant yolu ilə çıxarmalarda, istərsə hava yolu ilə çıxarmalarda təlimlərdə uğurla iştirak ediblər.

N.H.: Ümumi şəkildə desək, Azərbaycan hərbçiləri bu günədək bir çox hərbi təlimlərdə iştirak edib, lakin “Efes-2018” təlimləri əldə olunan nəticə baxımından tam fərqli oldu. Azərbaycanın adına sadəcə xəritədə rast gələn ölkələrin nümayəndələri bizim nəticələrimizə çox təəccübləndilər.

Təlimlərdə hər tapşırıqda ölkələrin artıq geniş beynəlxalq təlimlərdə təcrübəyə malik nümayəndələri iştirak edirdi. Hər ölkənin xüsusi təyinatlılarından iştirak edən daha böyük təcrübəyə malik mənsublar da var idi. Tapşırıqların icrasında bizim həyata keçirdiyimiz manevrləri onlar da izlədi. Onlar belə bir qənaətə gəldilər ki, Azərbaycan təmsilçiləri böyük bir güc ortaya qoymağa qadirdir və bu, onların bizə olan münasibətlərinin əsaslı şəkildə dəyişilməsinə səbəb oldu. Bundan sonra bir çox ölkələrin nümayəndələri bizim təcrübəmizdən yararlanmağa çalışdılar, təchizatın yerləşmə forması və bir sıra digər taktiki fəaliyyətlə bağlı suallar verirdilər. Bütün bunlar Azərbaycan əsgərinin gücünü bir daha sübut edən amillər kimi qiymətləndirilməlidir.

- Bəs “Efes-2018” təlimlərində Azərbaycan xüsusi təyinatlılarının şərti rəqibləri hansı dövlətlər idi?

A.S.: Hər ölkənin xüsusi təyinatlılarının öz adları var, lakin bu, onların mahiyyətini dəyişmir. 23 ölkənin hər birinin xüsusi təyinatlıları təlimlərdə iştirak edirdi.

N.H.: “Efes” təlimlərində məqsəd xüsusi təyinatlıların mübarizəsindən daha çox təcrübələrini bölüşməsi üzərində qurulub. Azərbaycan xüsusi təyinatlıları da yüksək döyüş hazırlığı və düşmənə qarşı münasibətdə qazanılan təcrübəni təlimlərin digər iştirakçıları ilə bölüşdü.

- Məlumata görə, Azərbaycan hərbçiləri “Efes-2018” təlimlərində pentatlon yarışlarında birinci yeri tutublar. Bu mərhələdə uğurunuz və rəqibləriniz haqqında məlumat verərdiniz.

N.H.: Pentatlon yarışlarına təlimlərdə iştirak edən dövlətlərdən hamısı qatılmadı, 6 ölkənin xüsusi təyinatlıları bu növ yarışlarda iştirak etmək üçün imkan və qabiliyyətə malik olmadığını bildirərək pentatlon yarışlarında iştirakdan imtina etdi.

A.S.: Pentatlon yarışlarında şəxsi heyət yüksək peşəkarlıq, fiziki və mənəvi cəhətdən yüksək dözümlülük nümayiş etdirdi. Yarışın nəticəsi baxımından ikinci yerlə aramızda böyük fərq var idi. O yarışlarda Azərbaycan Ordusunu, Azərbaycan dövlətini, hətta deyərdim ki, Azərbaycan adət-ənənələrini təmsil etdik, birlik və bərabərliyimizlə, bir amal uğrunda çalışmaqla qələbəyə nail olduq. Digər ölkələrin nümayəndələri də bizim ölkənin nümayəndələrinin birliyini, qələbə üçün necə sıx qarşılıqlı əməkdaşlıq şəraitində çalışdığını müşahidə etdilər.

- Təlimlər zamanı sizin üçün ən yaddaqalan məqam nə oldu?

N.H.: Təlimlər zamanı ən yaddaqalan əsas an “Dəmir adam” (pentatlon) yarışı zamanı özünə güvənməyən və bu yarışda uduzacağını bilən dövlətlərin müşahidəçi qismində bizim oyunumuzu izləməsi oldu. Daha bir yaddaqalan an isə 23 dövlət içərisində Azərbaycanı fərqləndirməyimiz, tanıtdırmağımız, yarış iştirakçılarının üzləri və gözlərində bizə olan hörmət, əzəmətimizin nümayişi oldu.

Həmin anlarda bizim şəxsi heyətin hər bir nümayəndəsinin simasında isə işğal altında olan torpaqlarımızın azad edilməsi üçün bir əzəmət, bir qeyrət, bir hərbi güc var idi və bu həm də qisasla müşayiət edilirdi. Orada tapşırıqları yerinə yetirərkən zehnimizdə ancaq bu fikirlər var idi və bizim qələbəyə gedən yolumuz həm də bununla əlaqədardır.

A.S.: Azərbaycan həmin təlimlərdə hərbi texnika, silah-sursat istifadəsi, verilən tapşırıqların yerinə yetirilməsi baxımından heç bir ölkədən geri qalmırdı, hətta bir çox məqamlarda onları üstələyirdi və bu, həm Aprel döyüşlərinin təcrübəsi, həm də düşmənə qarşı qisas hissindən qaynaqlanır.

- Bəs Azərbaycanı təmsil edən nümayəndə heyəti tapşırıqları yerinə yetirərkən Qarabağdakı döyüş əməliyyatları teatrını nəzərə alırdımı?

A.S.: Bildiyimiz kimi, Türkiyənin 75-80 faizi dağlıq ərazilərdir. “Efes-2018” təlimləri də dağlıq ərazilərdə keçirilirdi. Təlimlərin keçirildiyi ərazi həm relyef, həm bitki örtüyü, həm də digər bir sıra cəhətlərdən Qarabağa yaxındır. Ümumiyyətlə Azərbaycan nümayəndə heyətinin bütün təlimləri Qarabağ relyefinə uyğun ərazidə həyata keçirib və bütün təlimlərdə Qarabağ döyüş fəaliyyətləri teatrı nəzərə alınıb. Bu gün bizim yalnız bir yolumuz var və o, Qarabağdır. Ordu komandanlığının bizim qarşımıza qoyduğu bir tapşırıq var: işğal altında olan torpaqların azad edilməsi üçün döyüş hazırlığını yüksək səviyyədə saxlamaq. Ona görə də Xüsusi Təyinatlı Qüvvələr olaraq bütün təlimlərimizi Qarabağ relyefi və şərtlərinə yaxın ərazilərdə həyata keçiririk. “Efes-2018” təlimləri də istisna deyildi.

- Qeyd etdiniz ki, Azərbaycan “Efes-2018” təlimlərində 100-dən artıq şəxsi heyətlə təmsil olunurdu. Müdafiə naziri Zakir Həsənovun Türkiyəyə gələrək təlimləri izləməsi və hərbçilərimizi birbaş təltif etməsi yüksək nəticələrin əldə olunmasına işarə edir. Maraqlıdır, Azərbaycan nümayəndə heyəti təlimlərdə ümumən neçənci yeri tutdu?

N.H.: Biz yalnız son gün müdafiə naziri Zakir Həsənovun oraya gələcəyi və qələbə sevincimizi bizimlə bölüşəcəyini bildik. Cənab nazir cənab Ali Baş Komandanın adından bizə təşəkkür etdi, bizə salamlarını çatdırdı, hətta yarışda iştirak edən şəxsi heyət üzvlərini qiymətli hədiyyələrlə mükafatlandırdı və sonda bizə tapşırığını verdi. Tapşırıq isə bundan ibarət idi ki, xüsusi təyinatlı bölmələr daim yüksək döyüş hazırlığını saxlamalı, qarşımıza qoyulan ilk tapşırığı uğurla yerinə yetirməlidir.

A.S.: Pentatlonla yanaşı Azərbaycan nümayəndə heyəti dərin desant qüvvələrin təlimlərində, paraşütlə tullanmaqda, sahil mühafizə xəttinin tutulmasında, antitteror əməliyyatlarında, döyüş axtarış-xilasetmə təlimlərində, aviasiyanın yönləndirilməsi fəaliyyətində, helikopterlərin qəbulu və yönləndirilməsi fəaliyyətində, helikopterlər vasitəsilə desantlaşma fəaliyyətində uğurla iştirak edib.

Bütün yarışların bitməsindən sonra Azərbaycanı təmsil edən şəxsi heyətin yüksək nəticələr göstərdiyi qeyd olundu. Təlimin yekun protokolunda da bu qeyd edilib.

Təlimin gedişində yerlər konkret şəkildə açıqlanmasa da, iştirakçıların hazırlıq vəziyyəti qeyd edilirdi. Lakin “Dəmir adam” yarışında nəticələr açıqlandı. Azərbaycan qalib oldu. İngiltərə komandası ikinci, Pakistan ordusu isə üçüncü oldu. Məlumat üçün bildirim ki, İngiltərə ilə bizim aramızda 9 dəqiqə 34 saniyə fərq var idi.

- Hazırda bizim yalnız bir məqsədimiz var – Qarabağı azad etmək. Sizcə, baş verə biləcək mümkün genişmiqyaslı əməliyyatlar halında düşmənin məğlubiyyətini gətirən amillər nə olacaq?

N.H.: Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun işğal altında olan torpaqları qaytarmaq uğrunda əsas qələbəmiz 2016-cı ilin aprel ayında oldu. Düşmən Ordumuzun nəyə qadir olduğunu gördü və anladı ki, bizim torpaqlarda müvəqqətidir və daimi deyil.

“Efes-2018” təlimlərinə istinad edib demək olar ki, yarışlardakı qalibiyyətimizdən sonra orada iştirak edən dünya dövlətləri özlərinə yeni bir rəqib gördülər. Yəni özlərinə uyğun rəqiblərin tamam başqa ölkələr olduğunu düşünən dövlətlər dərk etdilər ki, əsas rəqibləri Azərbaycandır. Məlum oldu ki, Azərbaycan Ordusu məqsədyönlü şəkildə döyüş hazırlığını artırır və bu, təsadüfi deyil. İşğal altında olan torpaqlarımızı mütləq şəkildə azad edəcəyik.

A.S.: Əgər tarixə qayıtsaq, görə bilərik ki, ermənilərin heç vaxt dövləti olmayıb. Bu gün Ermənistan arzusunda olduğu “dənizdən-dənizə böyük dövlət” iddiasını bizim tarixi ərazilərimiz əsasında qurmağa çalışır. Tarixi prizmadan yanaşsaq, bizim hətta tarixən azərbaycanlılara məxsus İrəvan xanlığından qalan torpaqları qaytarmağa da tam haqqımız çatır. Lakin cənab Ali Baş Komandanın çıxışlarında bəyan etdiyi, cənab nazirin təsdiq etdiyi kimi, ilkin tapşırığımız Qarabağ probleminin həll edilməsi, işğal altında olan torpaqlarımızın qaytarılmasıdır. Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan Ordusu ilə Ermənistan ordusu arasında böyük sədd var. Bunun ən bariz nümunəsi 25 ildir düşmənin qürurlandığı “Ohanyan səddi”nin qısa müddətdə yarılması oldu. Halbuki Ermənistan rəhbərliyi erməni cəmiyyətini aldadaraq bu xəttin yarılmasının mümkünsüz olduğunu bildirirdi. Azərbaycan Ordusu öz qüdrəti və döyüş ruhunu göstərdi. 4 günlük Aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu Ali Baş Komandanın bir əmri ilə torpaqları işğaldan azad etməyə hazırdır.

Ola bilər ki, hər hansı orduda hər hansı müasir silah olsun, lakin bu, həmin ordunun daha güclü olması anlamına gəlməməlidir. Əgər bir orduda döyüş texnikalarını düzgün tətbiq etməklə bağlı problemlər varsa, o, məğlubiyyətə məhkumdur. Bizim orduda isə bütün sahələr üzrə peşəkar hərbçilər var.

Cənab Ali Baş Komandanın istiqamətin Qarabağ olması ilə bağlı bir əmri olarsa, torpaqlarımızın azad olunması gününün bu gün olması ilə bağlı əmr gələrsə, mən inanıram ki, ordumuz həmin gün düşmənə ilkin sarsıdıcı zərbəni endirəcək. Bu, belədir və bunu Azərbaycan ordusunun iştirak etdiyi beynəlxalq hərbi təlimlər, ölkə daxilində keçirilən manevrlər də sübut edir. “Efes-2018” təlimləri də göstərdi ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur və Azərbaycan Ordusu, xüsusilə də Xüsusi Təyinatlı Qüvvələr qarşıya qoyulan istənilən tapşırığı uğurla icra etməyə hazırdır.

Ordu.az

Teqlər: Efes-2018   Azərbaycan-Ordusu   XTQ  

EFES-2018: “Dəmir adam” yarışında qalib gələn Xüsusi Təyinatlılarımızla MÜSAHİBƏ (EKSKLÜZİV)

2018/05/1_1526543414.jpg
Oxunub: 19669     15:54     17 May 2018    