“The Guardian”: İsrail raketlərinin zərərsizləşdirilməsinin videogörüntüsü yayılıb
Oxunub: 2813
19:13
10 May 2018
Suriya havadan müdafiə qüvvələrinin Suriya üzərinə atılan İsrail raketlərinin zərərsizləşdirilməsinin videogörüntüsü yayılıb.
Ordu.az “The Guardian”a istinadən xəbər verir ki, video bu gün Suriya ordusu tərəfindən nümayiş etdirilib.
Qeyd edək ki, İsrail Colan təpələrindəki qoşunları hədəf alan raketlərin atılmasına görə Tehranı ittiham edərək Suriyadakı İran hədəflərinə hücum edib.
Hücumdan sonra açıqlama verən Liberman Suriyadakı İran hədəflərinin demək olar ki, hamısnın məhv edildiyini bildirib.