Rusiya Çini ilk S-400-lə təchiz edib

2018/05/received_2532857240273762_1525535141_1525942354.jpeg
Oxunub: 3937     17:22     10 May 2018    
Rusiya Çinin ilk S-400 zenit raket kompleksi ilə təchizatını tamamlayıb.

Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə sənayesi kompleksindən olan mənbələr məlumat yayıb.

Məlumata görə, Leninqrad vilayətinin Ust-Luqa limanından çıxan və göyərtəsində köməkçi avadanlıqlar daşıyan üçüncü gəmi Çinə çatıb. Bununla da ilk S-400 zenit raket kompleksinin Çinə təchizatı tamamlanıb.

Qeyd edək ki, Çin S-400 ZRK-larının ilk xarici alıcısıdır. 2014-cü ildə bu ZRK-lara dair imzalanan müqavilənin dəyəri 2 milyard dollar təşkil edir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Çin   S-400  


Bizi "telegram"da izləyin