Suriya üzrə Astana görüşü mayın 15-də baş tutacaq

2018/05/1986-Astana_1525939093.jpg
Oxunub: 4120     15:57     10 May 2018    
Astanada Suriyadakı vəziyyətin tənzimlənməsi üzrə beynəlxalq görüşün plenar iclası mayın 15-də “Rixos President Astana” mehmanxanasında keçiriləcək.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“2018-ci ilin 14-15 mayında Astanada yüksək səviyyədə Suriya üzrə Astana Prosesi Çərçivəsində görüş keçiriləcək. Plenar iclas mayın 15-də “Rixos Prezsident Astana” mehmanxanasında baş tutacaq”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, Suriyada sülhün qarantı olan ölkələr – Rusiya, İran və Türkiyə ilə yanaşı görüşə Suriya hökumət və müxalifəti, BMT nümayədələri və müşahidəçi qismində ABŞ və İordaniya da dəvət edilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Astana-prosesi   Suriya   Rusiya   İran   Türkiyə  


Bizi "telegram"da izləyin