Ordu.az “Ukrinform” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Stepan Poltorak bəyan edib.
“Biz yalnız rəqibin atəş vaistələrindən etibarlı müdafiəni təmin edəcək deyil, həm də müasir avtomatik mühafizə, məlumatlandırma və yanğınsöndürmə sistemləri ilə təchizatlandırılacaq anbarlar tikirik”, - deyə Ukrayna müdafiə naziri Stepan Poltorak bildirib.
O qeyd edib ki, anbarların tikintisinə artıq may ayında başlanacaq.
“Artıq texniki sənədlər hazırlanıb və tender prosedurları həyata keçirilib. Növbəti aydan etibarən tikinti işləri başlayacaq”, - deyə Poltorak açıqlayıb.
Ağalar Qəribov
Ordu.az