Tramp: “Yaxın zamanlarda İrana qarşı sərt sanksiyalar daxil edəcəm”

2018/05/345345_1525935682.jpg
Oxunub: 3109     15:00     10 May 2018    
“Vaşinqton ən yaxın zamanlarda İrana münasibətdə sərt sanksiyalar qəbul edəcək”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.

“Biz dəhşətli, çox dəhşətli müqavilədən çıxdıq. Onu heç imzalamaq lazım deyildi və biz bu yaxınlarda İrana qarşı indiyədək hər hansı ölkəyə qarşı qəbul etdiklərimizdən daha sərt sanksiyalar qəbul edəcəyik. Onlar bu yaxınlarda qüvvəyə minəcək”, - deyə Tramp bildirib.

O qeyd edib ki, artıq bu sanksiyaların böyük hissəsi hazır edilib.

“Tehrana nüvə sahəsində aktivliyi yeniləməməyi və konsultasiyalara başlamağı tövsiyə edirəm. Yaxın zamanlarda İrana qarşı çoxsərt sanksiyalar qəbul ediləcək”, - deyə Tramp açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Tramp  


Bizi "telegram"da izləyin