Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya baş naziri Sindzo Abe ABŞ prezidenti Donald Trampla keçirdiyi telefon danışıqlarının nəticəsi barədə verdiyi açıqlamada bəyan edib.
“Üç əsirin Şimali Koreya əsirliyindən azad edilməsi böyük uğurdur. Biz bu addımı dəstəkləyirik. Lakin KXDR kəşfiyyatı tərəfindən oğurlanan Yaponiya vətəndaşları ilə bağlı məsələ hələ də həll edilməyib”, - deyə Abe bildirib.
O qeyd edib ki, Yaponiya bu məsələ üzrə ABŞ, Cənubi Koreya və Çinlə əməkdaşlığı davam etdirəcək.
Ağalar Qəribov
Ordu.az