Ordu.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, tərəflər danışıqlar çərçivəsində ABŞ və Cənubi Koreya prezidentləri Donald Tramp və Mun Çje İnin mayın 22-nə planlaşdırılan görüşü öncəsi Şimal-Şərqi Asiya regionunda təhlükəsizlik sahəsində mövcud olan vəziyyəti müzakirə edəcəklər.
Xva və Pompeo həmçinin Tramp və KXDR lideri Kim Çen Inın görüşü barədə də müzakirələr aparacaqlar.
Ağalar Qəribov
Ordu.az