Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Ordusu Suriya ərazisində İranın “Əl-Qüds” qüvvələrinə məxsus onlarla hərbi obyektə hücum edib. İrimiqyaslı hücum çərçivəsində Suriyada “Əl-Qüds” qüvvələrinin rəhbərlik etdiyi kəşfiyyat mövqeləri, “Əl-Qüds”ün qərargahı, “Əl-Qüds” qüvvələrinin hərbi və logistik kompleksləri, Dəməşqin şimalında İranın hərbi düşərgəsi, “Əl-Qüds” qüvvələrinin Dəməşq beynəlxalq hava limanındakı silah anbarları, bufer zonadakı hərbi post və müşahidə məntəqələri atəşə tutulub. Həmçinin İsrailə raketlərin endirildiyi İran atəş qurğusuna da zərbələr endirilib”, - deyə məlumatda bildirilir.
Həmçinin qeyd edilir ki, İsrailin xəbərdarlıqlarına baxmayaraq atəş açmağa davam edən Suriya hava hücumundan müdafiə qurğuları da İsrail Hərbi Hava Qüvvələrinin hücumuna məruz qalıb.
Ağalar Qəribov
Ordu.az