Angela Merkel hərbi xərclərin artırılmasını təklif edib

2018/05/4848455_1525887648.jpg
Oxunub: 2145     01:31     10 May 2018    
Almaniya Kansleri Angela Merkel Almaniya ordusuna ayrılan maliyyə vəsaitinin artırılmasına çağırıb.

Ordu.az “Ruters”ə istinadən xəbər verir ki, Merkel Almaniya silahlı qüvvələrinin hazırkı vəziyyətinin məmnunedici olmadığını bildirib.

Bu vəziyyətin düzəldilməli olduğunu söyləyən kansler həll yolu kimi hərbi xərclərin artırılmasını təklif edib.

“Bundesverdə bu istiqamətdə inkişafa nail olmaq üçün səylərimizi artırmalıyıq. Aydın şəkildə görünür ki, az pulla daha yaxşı ola bilmirik”, - deyə Merkel əlavə edib.

Almaniya ordusunun gücləndirilməli olduğunu düşünən Müdafiə naziri Ursula von der Leyen də Merkelə dəstək verərək, müdafiə büdcəsinin artırılmasının zəruriliyini qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Merkel   Hərbi-Büdcə  


Bizi "telegram"da izləyin