Almaniya donanması “Puma II” PUA-larını istifadəyə verəcək

2018/05/32150152_2147320002166991_7524225842902204416_n_1525864908.jpg
Oxunub: 1724     20:52     09 May 2018    
Almaniya donanması RQ-20B “Puma II AE” taktiki PUA-ları ilə bağlı “AeroVironment” kompaniyası ilə müqavilə imzalayıb.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bu barədə kompaniyanın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əllə işə salınan bu PUA-lar kəşfiyyat, nəzarət, və axtarış xidməti təmin edir.

“Puma II” daha uzun müddətli batareyalarla təchiz olunur. Bunun sayəsində PUA 3,5 saat ərzində fasiləsiz olaraq 20 kilometr məsafəyə hərəkət etməyə qadirdir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Donanma   Puma-II  


Bizi "telegram"da izləyin