Ordu.az “Kazinform” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Qazaxıstan Xarici İşlər Nazirliyi xəbər verir ki, Astana proesisinin qarant ölkələri Suriya üzrə növbəti danışıqları 2018-ci il 14-15 may tarixlərində Qazaxıstan paytaxtına keçirəcəklər”, - deyə məlumatda bildirilir.
Məlumata görə, iclasa qarant ölkələrlə yanaşı Suriya hökuməti və müxalifətindən olan nümayəndə heyətləri, həmçinin BMT və müşahidəçi qismində ABŞ və İordaniya dəvət edilib.
Ağalar Qəribov
Ordu.az