“ABŞ İrana qarşı Avropanın dəstəyinə güvənir” - Bolton

2018/05/456_1525846969.jpg
Oxunub: 4015     14:21     09 May 2018    
“ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyaların yenilənməsində Avropadan olan müttəfiqlərə güvənir”.

Ordu.az “Fox News” telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton bəyan edib.

“Prezdenti Tramp avropalı müttəfiqlərə müqavilənin çatışmazlıqlarını aradan qaldırmaq fürsəti verdi. O, əsaslı deyil, belə ki, onun nöqsanları müqavilənin əsaslarına toxunur”, - deyə Bolton bildirib.

O qeyd edib ki, ABŞ və onun müttəfiqləri Tehranın əlinə nüvə silahının düşməsinin yolverilməz olduğunu dərk edir, lakin onların məsələyə yanaşmasında fərqlər mövcuddur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bolton   ABŞ-İran   Nüvə-müqaviləsi  


Bizi "telegram"da izləyin