Klinton: “Vaşinqton İrana təsir düymələrini itirib”

2018/05/45345_1525846135.jpg
Oxunub: 3670     14:10     09 May 2018    
“Ağ Ev rəhbəri Donald Trampın İranla nüvə müqaviləsindən çıxmaq barədə qərarı böyük səhvdir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbərt verir ki, bu barədə ABŞ-ın keçmiş dövlət katibi və prezidentliyə namizədi Hilari Klinton bəyan edib.

“İranın nüvə müqaviləsindən çıxmaq böyük səhvdir. Bu, Amerikanın təhlükəsizliyi və nüfuzuna zərbədir. Artıq İran daha təhlükəlidir? “B planı” nədən ibarətdir? Bunun bombardman olduğunu düşünənlər dezinformasiyalar qəbul ediblər”, - deyə Klinton bildirib.

O qeyd edib ki, artıq İranı yenidən danışıqlar masası ətrafına qaytarmaq daha çətin olacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Klinton   İran  


Bizi "telegram"da izləyin