Ordu.az xəbər verir ki, bu barədə Birləşmiş Qüvvələr Əməliyyatı qərargahının mətbuat mərkəzi məlumat yayıb.
Məlumata görə, ötən gün ərzində atəşkəsin pozulması nəticəsində Ukrayna ordusunun 1 əsgəri həlak olub, daha 4 hərbi qulluqçu isə yaralanıb.
Separatçılar xüsusilə Popasnaya, Troitskoye, Luqansk, Zaytsev istiqamətlərində fəal olublar. Onlar 152 və 122 millimetrlik artilleriya silahları və minaatanlardan istifadə ediblər.
Ağalar Qəribov
Ordu.az