Abe: “Tokio, Seul və Pekin Pxenyana təzyiqi davam etdirməlidir”

2018/05/04543_1525844029.jpg
Oxunub: 3167     13:32     09 May 2018    
“Yaponiya, Çin və Cənubi Koreya KXDR-dən nüvə silahı və ballistik raketlərdən tamamilə azad olmağa dair tələbləri davam etdirməlidir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya baş naziri Sindzo Abe bəyan edib.

O, bu barədə Çin Dövlət Şurasının aş naziri Li Ketsyan və Cənubi Koreya prezidenti Mun Çje İnlə görüş çərçivəsində bildirib.

“Hər üç ölkə KXDR-ə münasibətdə BMT Təhlükəsizlik Şurası qətnamələrinin tam şəkildə yerinə yetirilməsinin zəruri olması məsələsinə razıdır”, - deyə Abe açıqlayıb.

Baş nazir qeyd edib ki, görüşdə üç ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə razılıq da əldə edilib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abe   Yaponiya-Çin   KXDR  


Bizi "telegram"da izləyin