Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, İran, KXDR və Rusiya kimi təhdidlərin çıxması ilə ABŞ QQ diqqətini qanunsuz silahlılardan genişmiqyaslı döyüş əməliyyatına dəyişir.
Eyni zamanda müharibənin xarakteri də quru, dəniz, hava, kosmos və kibermühit olaraq müxtəlif formalara uyğunlaşır. Buna görə də, ABŞ ordusunun daxil olacağı növbəti müharibə qanunsuz silahlılara qarşı döyüşdən daha mürəkkəb və dinamik ola bilər.
Bu gerçəklik kəşfiyyat müharibə funksiyası üçün yeni problemlər və ehtiyaclar doğurdu. Bu baxımdan ordu bu ehtiyaclara uyğunlaşmağa, genişmiqyaslı əməliyyatlar vərdişinə yiyələnməyə çalışır.
Digər tərəfdən rəqəmsal və kosmik fəzada rəqabət döyüş meydanını da ciddi şəkildə dəyişib. Kəşfiyyat mütəxəssisləri bu vaxta qədər tələb olunmayan hərbi imkanlara yiyələnməli və başa düşməlidir. Onlar, daha öncə baş verməyən döyüşə hazır olmalıdır.
Buna görə də, ABŞ QQ-nin yeni doktrinasında qanunsuz silahlılara qarşı hücumlardan daha çox genişmiqyaslı əməliyyatlara fokuslanılıb.
Ağalar Ağalarlı
Ordu.az