SQQ Deyr əz-Zora böyük hücum həyata keçirib

2018/05/14847841_1525788052.jpg
Oxunub: 3167     22:34     08 May 2018    
Suriya Quru Qoşunları Deyr əz-Zorun qərbinə böyük hücum həyata keçirərək İŞİD-in mövqelərini hədəf alıb.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, hücum zamanı Milli Müdafiə Qüvvələri və Fələstinli yarımhərbi qoşunlar orduya dəstək verib.

Hökumət qoşunları əsasən Deyr əz-zorun mərkəzində yerləşən strateji Əl-Mayadin şəhərini hədəf alıb. Hazırda ordunun şəhərin 50 kilometrliyində olduğu bildirilir.

Həmin istiqamətdə irəliləyən Suriya QQ-nin 5-ci diviziyası bölgədə yerləşən Faydat Umm Muvayna şəhərini də azad edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Deyr-əz-Zor  


Bizi "telegram"da izləyin