Türkiyə mümkün sanksiyalara baxmayaraq S-400-ləri alacaq

2018/05/709-S-400_1525783847.jpg
Oxunub: 3282     20:51     08 May 2018    
“Rusiya Türkiyəni razılaşdırılmış vaxtda – 2019-cu ilin iyul ayında S-400 zenit raket kompleksləri ilə təchiz edəcək”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Katibliyinin müşaviri İsmayıl Dəmir bəyan edib.

“Razılaşmanın çərçivələri müəyyənləşdirilib və Türkiyə tərəfi bütün tələblərini səsləndirib. Bir sıra tələblər mövcuddur. Onların bir hissəsi barədə ictimaiyyətin məlumatı var. Bu tələblərin həyata keçirilməsi barədə heç bir problem yoxdur. Müqavilənin həyata keçirilməsi öncə əldə edilən razılaşmalara uyğun olaraq davam edir”, - deyə Dəmir bildirib.

O həmçinin S-400-lərin təchizatı halında Türkiyəyə münasibətdə qəbul ediləcək sanksiyalardan da bəhs edib.

“Türkiyənin müttəfiqlərinin bir məsələni digəri ilə qarışdırmayacaqlarını və vəziyyəti sağlam təfəkkürə istinad edərək qiymətləndirəcəklərini gözləyirik”, - deyə Dəmir açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Rusiya   S-400  


Bizi "telegram"da izləyin