ABŞ donanması İŞİD-ə zərbələr endirib

2018/05/1248945616_1525781030.jpg
Oxunub: 1736     19:58     08 May 2018    
ABŞ donanmasına məxsus “USS Harry S.Truman” aviadaşıyıcının hücum qrupu Aralıq dənizindən İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə aviadaşıyıcının kapitanı Nikolas Dienna bildirib.

Qeyd edək ki, aviadaşıyıcı ABŞ-ın altıncı filotiliyasına aprelin 18-dən etibarən qoşulub. O, koalisiya qüvvələrinin İŞİD-ə qarşı hərbi əməliyyatına dəstək verir.

“USS Harry S. Truman”ın hücum qrupunda 90 təyyarə var ki, bunun da 60-a yaxını F-18 “Super Hornet”dir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Suriya   İŞİD  


Bizi "telegram"da izləyin