Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Conatan Allen bəyan edib.
“Əgər Suriya hökuməti səmimi cavab verirsə, niyə onlara verilən suallara əhatəli cavab vermədi? Çünki onlar gizli şəkildə kimyəvi silah proqramı üzərində işləri davam etdirirlər”, - deyə Allen bildirib.
O qeyd edib ki, Suriyadan diqqəti azaltmaq olmaz və bu ölkəni ciddi şəkildə izləmək lazımdır.
Ağalar Qəribov
Ordu.az