Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Əbu Bəkr əl-Bağdadinin başına 25 milyon dollar mükafat qoyulub.
Bir çox rəsmilər onun Suriyanın İraqla sərhəd bölgəsində Fərat çayının vadisində yerləşən İŞİD sığınacağında qaldığını düşünür.
İraq Daxili İşlər nazirinin terrorizmlə mübarizə və kəşfiyyat bölməsinin rəhbəri Əbu Əli əl-Basri əldə edilən son məlumatlarda onun Deyr əz-Zordan 18 mil kənarda Əl-Hacin ərazisində yerləşdiyinin göstərildiyini deyib.
Hazırda Rusiya, Suriya və İran qoşunları gərgin şəkildə Bağdadinin axtarışlarını davam etdirir.
Ağalar Ağalarlı
Ordu.az